Rusiya 2025-ci ildə İrəvan və Bakı arasında çoxdan gözlənilən sülhün əldə olunması üçün yeni ildə əlindən gələni etməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
"Rusiya Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin gücləndirilməsi səyləri çərçivəsində Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım etməyə davam edib. Bu prosesin irəliləməsinə vacib töhfə oktyabr ayının sonunda Kazanda BRİKS sammiti çərçivəsində keçirilən yüksək səviyyəli Ermənistan-Azərbaycan danışıqları olub. Yeni ildə də İrəvan və Bakı arasında möhkəm və ədalətli bir razılaşma əsasında çoxdan gözlənilən sülhün əldə olunması üçün hər şey etməyə hazırıq", - deyə səfir vurğulayıb.
Onun fikrincə, bu sənəd regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əldə etdikləri razılaşmaların praktiki həyata keçirilməsini təmin edəcək.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı