Ukraynada Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninovun adına təqaüd təsis ediləcək.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, pilotun adına azərbaycanlılar üçün təqaüd təsis ediləcək:
“Azərbaycanlıların Birləşmiş Diasporu Ukrayna Dövlət Uçuş Akademiyası və Azərbaycan Respublikasındakı Ukrayna səfirliyi ilə birlikdə Kropivnitskidəki Uçuş Akademiyasında təhsil alacaq gələcək azərbaycanlı pilotlar üçün Aleksandr Kalyaninovun adına ayrıca təqaüd təsis etmək imkanını nəzərdən keçirir”.
Qeyd edək ki, bundan öncə də sözügedən Akademiyanın sinif otaqlarından birinə Aleksandr Kalyaninovun adının veriləcəyi açıqlanmışdı.
Xatırladaq ki, AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri – İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı