Aktau yaxınlığında baş vermiş aviasiya hadisəsini araşdıran komissiya 17 beynəlxalq ekspertin iştirakı ilə iclas keçirib.
BUTA.TV xəbər verir ki, komissiya tərəfindən iş planı müəyyən edilib. Belə ki, komissiya tam tərkibdə hadisə yerinə baş çəkəcək, hava gəmisinin elementlərinin toplanması üçün anqarı nəzərdən keçirəcək və hava gəmisinin elementlərinin toplanmasına başlanılması tarixi ilə bağlı birgə qərar qəbul edəcək.
Komissiyanın işinin məqsədi aviasiya hadisəsinin səbəblərini müəyyənləşdirmək və gələcəkdə bu cür halların qarşısının alınması üçün tövsiyələr hazırlamaqdır.
Aviasiya hadisəsini araşdıran komissiyaya Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev rəhbərlik edir.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı hava məkanında HHM qüvvələrinin hücumuna məruz qalıb və təyyarə ciddi zədələnib. Bundan sonra təyyarənin Qroznı və Mahaçqala hava limanlarına enişinə icazə verilməyib. Qazaxıstana uçmağa məcbur olan təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb.
- ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir
- Bu ərazilərə qar yağır
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
- Polis 26 yaşlı bu qadını axtarır - Foto
- “Araz” internat məzunlarının məşğulluğuna dəstək göstərəcək
- Tanışını öldürmək istəyən şəxsə ağır cəza...
- WUF13 şirkəti “AzərEnerji” ilə memorandum imzaladı