Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
BUTA.TV xəbər verir ki, bu barədə Kreml məlumat katibi Dmitri Peskov deyib. O bildirib ki, söhbət zamanı “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsi davam etdirilib.
“Putin və Əliyev bu gün telefon danışığında “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin qəzaya uğraması ilə bağlı müxtəlif məsələləri müzakirə etməyi davam etdirib”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
- ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir
- Bu ərazilərə qar yağır
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
- Polis 26 yaşlı bu qadını axtarır - Foto
- “Araz” internat məzunlarının məşğulluğuna dəstək göstərəcək
- Tanışını öldürmək istəyən şəxsə ağır cəza...
- WUF13 şirkəti “AzərEnerji” ilə memorandum imzaladı