Azərbaycan Hava Yolları Kazandan Bakıya uçuşu ləğv edib.
BUTA.TV xəbər verir ki, bu barədə məlumat Kazan hava limanının onlayn tablosunda əks olunub.
Belə ki, təyyarənin uçuşu 28 dekabr saat 23:15-ə planlaşdırılıb. Daha sonra uçuş 30 dekabra təxirə salınıb. Amma bu gün ümumiyyətlə ləğv edilib.
“İnKazan” saytının məlumatına görə, belə bir qərar “Embraer 190” təyyarəsinin qəzasının araşdırılmasının ilkin nəticələri və uçuşların təhlükəsizliyi ilə bağlı mümkün risklər nəzərə alınaraq qəbul edilib.
Yayılan məlumatlara görə, ləğv edilmiş reysin sərnişinləri biletlərini dəyişdirə və ya geri qaytara bilərlər.
Qeyd edək ki, bundan öncə AZAL Rusiyanın 10 şəhərinə uçuşları ləğv etmişdi.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı