Rusiya Azərbaycan və digər tərəfdaşlarla mübahisə etməmək üçün Ramzan Kadırovu qurban vermək istəyir.
BUTA.TV xəbər verir ki, bu barədə “Kremlevskaya Tabakerka” Teleqram kanalı Rusiya Prezident Administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb.
Mənbənin məlumatına görə, Vladimir Putinə Çeçenistanda Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulmasına görə Ramzan Kadırovu istefaya göndərməklə “nümunəvi şəkildə” cəzalandırmaq təklif olunacaq. Bu təşəbbüs Kremldəki bir qrup nüfuzlu şəxs tərəfindən irəli sürülür.
“Kadırov Çeçenistanda xaos yaradıb. Hava hücumundan müdafiə sisteminin uğursuz işləməsi və sərnişin təyyarəsinə açılan atəş ümumi qarışıqlığın nəticəsidir. Ona görə də onu tutduğu vəzifədən məhrum etmək və ölən sərnişinlərin ailələrinə təzminat ödəməyə məcbur etmək lazımdır. Və Ramzan barədə unutmaq lazımdır. Azərbaycanlı tərəfdaşlarımız, ümid edirəm, belə bir qurbanla kifayətlənəcəklər. Digər tərəfdaşlar bizim etibarlı olduğumuzu başa düşəcək və bizimlə mübahisə etməyəcəklər. Mənə elə gəlir ki, bu, Kadırovun fərdi taleyindən qat-qat vacibdir”, - Rusiya Prezident Administrasiyasının sədr müavini Sergey Kiriyenkoya yaxın mənbə bildirib.
Qeyd olunub ki, Kadırovla bağlı təklifi Putin yaxın vaxtlarda alacaq.
Kanalın yazdığına görə, Kadırov hesab edir ki, aviaqəza onun mövqelərinə zərbə vurmaq üçün qəsdən qurulub. Və hava hücumundan müdafiə sistemi də Kadırova zərər vermək üçün təyyarəni qəsdən vurub.
Kadırova yaxın olan şəxslər bildiriblər ki, o, hazırkı vəziyyətdə çox ciddi addımlar atmağa hazırdır.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarə Qroznı səması üzərində Rusiya HHM qüvvələri tərəfindən vurulub və ciddi zədə aldığı üçün qəzaya uğrayıb.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı