Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə qurumda növbəti Kollegiya iclası keçirilib.
BUTA.TV Palataya istinadən xəbər verir ki, iclasda kənar dövlət maliyyə nəzarəti tədbirlərində müşahidə edilən bəzi hüquqi problemlər müzakirə olunub.
Qeyd olunub ki, hüquqi aktlarda ziddiyyətlər və boşluqlar bəzi hallarda dövlət vəsaitinin icrasında artıq və əsassız ödənişlərlə, habelə vəsaitdən sui-istifadə ilə nəticələnir. Müzakirələrin nəticəsinə əsasən müvafiq təhlil üzrə arayışın təkmilləşdirilərək aidiyyəti üzrə göndərilməsinə dair qərar verilib.
Eyni zamanda, iclasda 2025-ci ilin İş Planı üzrə 3 kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramları təsdiq edilib.
Sonra Kollegiya iclasında Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı 2024-cü ilin yekunlarına dair, həmçinin növbəti ildə qarşıda duran məsələlərə baxılıb.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı