Sual: Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bir neçə gün bundan əvvəl açıqlamasında bildirib ki, Rusiya Federasiyasının müvafiq qanunvericiliyinə edilən bir sıra dəyişikliklərə əsasən, 1 yanvar 2025-ci il tarixdən etibarən xarici ölkə vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. O həmçinin bildirib ki, qaydalara əsasən həmçinin xarici vətəndaşlar Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir. Qeyd edək ki, hal-hazırkı qaydalara görə bu müddət 180 gün ərzində 90 gün, 1 il ərzində isə 180 gündür. Bu yeni qərara münasibətinizi öyrənmək istərdik?
Cavab: Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar və ölkədə qalma müddəti ilə bağlı tələblərin sərtləşdirilməsi ilk növbədə vətəndaşlarımızın hüquqları kontekstində nəzərdən keçirilir.
Azərbaycan tərəfi hər bir xarici siyasət məsələlərində olduğu kimi, müvəqqəti olma və miqrasiya məsələlərində də paritet və qarşılılıq prinsiplərindən çıxış edəcək.
Bununla əlaqədar, yaxın günlərdə Azərbaycan Respublikası ərazisində Rusiya Federasiyası vətəndaşlarının müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik edilməsi nəzərdə tutulub.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı