Qazaxıstan Hava Hücumundan Müdafiə qüvvələrinin aviasiya bazasının hərbçisi Nurlan Botaqarin AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra insanların xilas edilməsinin təfərrüatlarını bölüşüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, aviasiya bazası Aktauda yerləşir. 30153 saylı hərbi hissənin müqaviləli xidmətdə olan hərbçisi Botaqarin təyyarə qəzasının baş verdiyi gün növbədə olub.
Hərbçinin sözlərinə görə, təyyarənin düşdüyünü görən kimi zərərçəkənlərə kömək etmək üçün dərhal qəza yerinə gedib.
"Təyyarənin qəribə şəkildə uçduğunu görəndə başa düşdüm ki, nasazlıq var. Təyyarə yerə düşəndə dərhal maşına minib qəza yerinə getdim. Əvvəlcə düşündüm ki, bu, içərisində təxminən 10 nəfərin olduğu kiçik təyyarədir. Amma məlum oldu ki, insanların sayı daha çoxdur. Mən sarsılmışdım", - Botaqarin bildirib.
Hərbçinin sözlərinə görə, o, təyyarənin arxa qapısını açaraq insanları çıxarmağa başlayıb.
"İnsanları çıxarmağa çalışarkən gördüm ki, xilasedicilər və təcili yardım köməyə gəlib. Onlar yanğını söndürməyə və insanları təxliyə etməyə başladılar. Hesab edirəm ki, əlimdən gələni etmişəm", - o bildirib.
Botaqarinin fikrincə, bu, təkcə onun hərbi deyil, həm də vətəndaşlıq borcu idi.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
- Zelenskidən kəşfiyyata AZAL təyyarəsi ilə bağlı göstəriş!
- Bu köçkünlərə Qarabağda ev də verilməyəcək?
- Putin “Rusiyada olduğu üçün” üzr istədi: Bəs, sonra?
- Ceyms Obrayn Azərbaycana başsağlığı verdi
- Serbiya ilə hərbi əməkdaşlıq planı imzalandı - MN
- Bu televiziya yayımçılarına yardım göstəriləcək - Sərəncam
- Plenkoviçdən Əliyevə: Ürəkağrıdıcı hadisədir...
- Həlak olanların cəsədləri tam müəyyən edilməyib? - Bozumbayev