Kşnyakinin etdiyi sadəcə möcüzədir - Amerikalı pilot

12:08 - 28 Dekabr 2024 - GÜNDƏM

 Kşnyakinin etdiyi sadəcə möcüzədir - Amerikalı pilot

Təyyarənin məharətlə idarə olunması böyük bir fəlakətin qarşısını aldı.

BUTA.TV xəbər verir ki, bunu amerikalı keçmiş pilot, Nevada Universitetinin professoru Den Babb AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsi ilə bağlı “Nyusvik” nəşrinə açıqlamasında deyib.

“Ekipajın səyləri təkcə kabinədə məhdudlaşmırdı. Sağ qalanlar eniş zamanı heyrətamiz soyuqqanlılığı xatırlayırlar. Sakitliyi və nəzarəti saxlamaq tədrisin bir hissəsidir. Pilotlara gözlənilməz hadisələrə hazır olmaq, gözlənilməz hadisələri planlaşdırmaq və potensial problemləri qabaqlamaq öyrədilir”, - Babb bildirib.

Onun sözlərinə görə, təyyarə gücünü itirdikdə, ağır planerə çevrilir:

“Pilotlar ən yaxşı planlama sürətini tapmalı, ən yaxın hava limanını müəyyənləşdirməli və nəzarəti saxlamalıdırlar. Bütün bunlar aerodinamika və uçuşun əsaslarını başa düşməkdən ibarətdir”.

Babb bu hadisəni 1989-cu ildə “United Airlines” təyyarəsinin qəzaya uğraması ilə müqayisə edib. Bildirib ki, o zaman təyyarənin mühərrikinin partlaması nəticəsində hidravlik sistem sıradan çıxmışdı:

“Təyyarə faktiki olaraq idarəolunmaz olsa da, ekipaj təyyarəni sabitləşdirmək üçün mühərriklər arasında diferensial təkandan istifadə edərək enə bilmiş və göyərtədə olan 296 nəfərdən 184-nü xilas etmişdi. Eynilə Azərbaycan təyyarəsinin ekipajı da inanılmaz dərəcədə çətin vəziyyətin öhdəsindən gəlmək üçün öz hazırlığı və fərasətindən istifadə edib. Bu vəziyyətlərdə pilotlar öz təcrübələrindən istifadə edərək qeyri-standart düşünməlidirlər. Bu bacarıq və soyuqqanlılıq səviyyəsi böyük pilotları digərlərindən fərqləndirir. Onların əldə etdikləri möcüzədən başqa bir şey deyil”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol