İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu gəlib.
BUTA.TV məktubun mətnini təqdim edir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması, bu hadisə nəticəsində həyatını itirənlərin və xəsarət alanların olması xəbərini dərin təəssüf hissi ilə qarşıladım.
Zati-alinizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah-Taaladan diləyirəm ki, həyatını itirənlərə rəhmət eləsin, onların yaxınlarına səbir və təsəlli versin, xəsarət alanlara tezliklə sağalmalarını nəsib etsin! Allah Sizi bütün pisliklərdən qorusun!".
Həmçinin, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan da Prezident İlham Əliyevə başsağlığı məktubu gəlib.
Məktubda deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində insanların həlak olmaları və xəsarət almaları ilə bağlı xəbəri dərin təəssüf hissi ilə aldım. Zati-alinizə və həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, Allah-Taaladan dünyasını dəyişənlərə rəhmət, xəsarət alanlara isə şəfa diləyirəm".
- Kadırov, təyyarəni vurmamısansa, matəm niyə elan etdin?
- Türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - Foto
- Rusiya gizlətməyə çalışır – məsələyə Türkiyə qarışdı
- Quterreşin müavini Azərbaycana başsağlığı verdi
- Dubay-Moskva reysi ilə uçan təyyarə Bakıya eniş etdi - Təcili
- Həyatında ilk dəfə təyyarəyə mindi, onda da qəzaya düşdü
- Anladıq, yanlışlıqla vurublar: bəs, niyə enişə izn verməyiblər?
- Rus ekspert: Şübhəsiz ki, təyyarəni Rusiya vurub!