Dekabrın 25-də baş verən təyyarə qəzasında həlak olan pilot İqor Kşnyakinin dostu onunla bağlı maraqlı faktları açıqlayıb.
BUTA.TV xəbər verir ki, keçmiş təyyarə komandiri olan Bayram ATV telekanalına müsahibəsində dostu İqorun az danışan adam olduğunu bildirib.
“Biz təyyarə məktəbini birgə qurtarmışıq. İmkan olduqca ayda bir-iki dəfə dostlarımızla yığılardıq. Saytlarda yayılan fotoda mən də İqorun yanındayam. Maraqlıdır ki, əslində İqor çox danışan adam deyildi. Amma son görüşümüzdə nədənsə İqor çox danışdı. Hələ zarafatca dedim ki, “İqor, sən nə qədər çox danışdın?”. Dedi, “Bayram, o biri görüşlərimizdə heç danışmamışdım...” Bəlkə bunda da bilmədiyimiz bir hikmət var.
Böyük oğlum Fərid də pilotdur və o da İqorla uçur. Həmişə oğlumun necə uçduğu haqda danışardı. Dünən oğlum dedi ki, İqor həmişə uçuşa “Allah, Məhəmməd, ya Əli” sözləri ilə başlayardı. Baxmayaraq ki, rus idi, xristian idi, Azərbaycan dilində də çox yaxşı danışardı. Hamımız öləcəyik, Allahın lütfündəndir ki, ona şərəfli ölüm nəsib oldu. Allah rəhmət eləsin”, - dostu bildirib.
Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarə Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb.
Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.
- Türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - Foto
- Rusiya gizlətməyə çalışır – məsələyə Türkiyə qarışdı
- Quterreşin müavini Azərbaycana başsağlığı verdi
- Dubay-Moskva reysi ilə uçan təyyarə Bakıya eniş etdi - Təcili
- Həyatında ilk dəfə təyyarəyə mindi, onda da qəzaya düşdü
- Anladıq, yanlışlıqla vurublar: bəs, niyə enişə izn verməyiblər?
- Rus ekspert: Şübhəsiz ki, təyyarəni Rusiya vurub!
- Rusiya XİN təyyarə qəzası ilə bu xəbəri təkzib etdi