Fotoya baxsanız, hər şey olduqca sadə görünür. Təyyarə Qroznı şəhəri yaxınlığında qəzaya uğrayıb.
BUTA.TV Rusiya sosial şəbəkələrinə xəbər verir ki, istinadla bunu israilli jurnalist, hərbi ekspert Sergey Auslander Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması haqqında deyib.
“Qroznıda (sarı dairə) hava limanı var və məntiqlə qəzalı vəziyyətdə olan təyyarə orada enməlidir. Tutaq ki, hansı səbəbdənsə Qroznı təyyarəni qəbul edə bilmir. Hərçənd ki, uçuş zolağı açıq, hava normaldır, amma yenə də fərz edək ki, qəbul edə bilmir. Onda qəza vəziyyətində olan təyyarəni ən yaxın hava limanına – Nalçikə göndərmək məntiqlidir. Vladiqafqaz və Mahaçqala da var. Amma onu Aktauya, başqa ölkəyə, dənizə göndərirlər. Mahaçqala demək olar ki, çox yaxındır, üç dəfə daha yaxındır. Nə üçün? Cavab üzdədir: sonu suda olsun. Burada aydın olmayan nədir?”, - ekspert bildirib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı