Bu sözləri Əliyev haqda Qərbin “uşaqları” deyir

18:58 - 22 Dekabr 2024 - GÜNDƏM

 Bu sözləri Əliyev haqda Qərbin “uşaqları” deyir

Bunu deyənlər Qərbin bəslədiyi uşaqlardır. İlham Əliyev artıq torpaqlarımızı işğaldan azad etmiş tarixi şəxsiyyətdir. O, bu uğura daha çox Rusiya və Türkiyə ilə münasibətləri üst səviyyəyə qaldıraraq, Ermənistanı Rusiyanın dəstəyindən məhrum etməklə, Rusiyanın müharibədə neytrallığına nail olmaqla imza atıb.

BUTA.TV xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Prezident İlham Əliyevin “Rossiya seqodnya” informasiya agentliyinə verdiyi müsahibədən sonra onu yenidən “rusiyayönümlü siyasət yürütməkdə” ittiham etmək cəhdlərinə cavab olaraq deyib.

O bildirib ki, qələbəni asan əldə etdiyimiz üçün bəziləri onun möhtəşəmliyini tam dərk edə bilmir:

“Əksini düşünün, Rusiya Ermənistanı Birinci Qarabağ müharibəsindəki kimi dəstəkləsəydi, müharibə nə qədər davam edərdi, neçə şəhər və kəndlərimiz dağılardı, nə qədər itki verərdik? Ukraynanı hansı səviyyədə olmasından asılı olmayaraq, hər halda bütün Qərb dəstəkləyir, amma nəticəyə baxın! Həmin marginallaşmış qrupun hay-küyünə baxmayaraq, 22 fevral 2022-ci ildə Moskvada Rusiya ilə müttəfiqlik münasibətlərinə dair saziş imzalanmasaydı, biz, Xankəndi üzərində dövlət suverenliyinə çox çətinliklə və daha qanlı döyüşlərlə nail ola bilərdik. Etimadlı münasibətlər sayəsində Rusiya öz sülhməramlılarını üçtərəfli bəyannamədə nəzərdə tutulandan tez ölkəmizdən çıxardı, əlləri qana batmış erməni seperatçıları və işğalçıları ölkəmizi tərk etdi. Ölkənin gələcəyinə görə heç bir məsuliyyət daşımayan bu “uşaqlar” regional çağırışları və çətinlikləri nəzərə almırlar. Həmin çıxışın Türkiyə əleyhinə olması barədə deyilənlər də cəfəngiyyatdır. İlham Əliyev həmin çıxışında Türkiyənin Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdi və Şuşa Bəyannaməsi barədə kifayət qədər ətraflı danışdı”.

Bu xəbər hal-hazırda çox oxunur
Putin Trampa sürpriz hazırlayır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol