“Bank işçiləri heç vaxt PİN kod tələb etmir” - DİN-dən çağırış

11:51 - 21 Dekabr 2024 - CƏMİYYƏT

 “Bank işçiləri heç vaxt PİN kod tələb etmir” - DİN-dən çağırış

“Bank işçiləri heç vaxt bankın göndərdiyi SMS-də kart kodu, PİN kodu və ya digər kod, məlumatlar tələb etmirlər”.

BUTA.TV” xəbər verir ki, bunu DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, yalnız fırıldaqçılar gizli kodlarla maraqlanırlar: “Məhz bu üsulla xarici nömrələrdən zəng olunmaqla “bankdandır, bank kartınıza müdaxilə var” adı ilə talama halları var və geniş vüsət alıb. Bu metodlarla dekabrın 19-20-də ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından 50 000, 13 000, 10 000, 8650, 8400, 4715, 4700, 7250, 4000, 3900, 3572, 3500, 2360, 2340, 2396, 2397, 2300, 2200, 1960, 1886, 1500, 1480, 1480, 1300, 1150, 900, 850, 750, 740, 570, 410, 400, 378, 200, 170, 130, 100, 97, 51, 50 manat oğurlanıb.

Elə zərərçəkmişlər var ki, özündə olan digər kartların da məlumatlarını verib ki, xahiş edirəm, buna da baxın, karta müdaxilə varsa, aradan qaldırın. Nəticədə həmin kartlarda olan vəsaitlər də oğurlanıb”.

DİN rəsmisi əlavə edib ki, heç bir halda şəxsi olan, məxfilik daşıyan bank kartı məlumatları qarşı tərəfə - naməlum şəxsə verilə bilməz, çünki bu məlumatlarla maraqlanan şəxsin məqsədi pullarınızı talamaqdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol