Nazirlər Kabineti təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair təqdim etdikləri maliyyə hesabatlarının forması və təqdim edilməsi qaydasını təsdiq edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Rəqabət Məcəlləsində nəzərdə tutulan maliyyə hesabatları 4 komponentdən ibarətdir: “Maliyyə vəziyyəti haqqında hesabat”; “Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat”; “Kapitalda dəyişikliklər haqqında hesabat”; “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (birbaşa və ya dolayı metod)”. Bu hesabatlar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təqdim olunmalıdır.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı