Brazilyalı top model Adriana Lima oğlunun atası, rejissor Andre Lemmerslə evlənib.
“BUTA.TV” xəbər verir ki, bu barədə model sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, instaqram hesabının hekayə bölümündə Lemmerslə əl-ələ tutaraq çəkdirdiyi fotonu paylaşan Limanın üzüyü diqqət çəkib.
43 yaşlı Lima paylaşımına “Rəsmi olaraq xanım Lima Lemmers”, - qeydini əlavə edib.
Qeyd edək ki, Lima iki il əvvəl 2021-ci ildən birlikdə olduğu sevgilisi Andre Lemmersdən oğlan uşağı dünyaya gətirib. Onun keçmiş əri Marko Yariçlə evliliyindən iki qız övladı da var.





- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı