Putin Əliyevdən bu iki cavabı gözləyirdi - Danielyan

15:56 - 20 Dekabr 2024 - GÜNDƏM

 Putin Əliyevdən bu iki cavabı gözləyirdi - Danielyan

Azərbaycan Prezidentinin son müsahibəsi həm də Rusiyaya müəyyən mesajların verilməsi baxımdan önəmli idi.

BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

“Müsahibənin əsas sualı Azərbaycanda NATO üzvünün (Türkiyə – red.) bazasının yerləşib-yerləşməyəcəyi və Moskva ilə Bakı arasında müqavilənin qüvvədə qalıb-qalmayacağı idi”, – deyən Danielyan qeyd edib ki, İlham Əliyev Azərbaycanda hansısa ölkənin hərbi bazasının yerləşdirilməsinə ehtiyac olmadığını diqqət çatdırıb.

Politoloqun sözlərinə görə, Rusiya məhz bu suala ictimai şəkildə cavab verilməsini gözləyirdi.

Bu xəbər hal-hazırda çox oxunur
İATA AZAL təyyarəsi ilə bağlı hesabat gözləyir

Danielyan həmçinin Azərbaycan və Türkiyənin xarici təsirlərə qarşı birgə mübarizə apardığını deyib:

“Azərbaycan hər il Türkiyə ilə onlarla təlim keçirir. Azərbaycan Ordusu həm də Türkiyə ordusudur və gələn il iki hərbi birlik vahid komandanlığa keçəcək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol