Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri İqor Kirillov və onun köməkçisinin qətlə yetirilməsi ilə bağlı rusiyalı politoloq Yevgeni Mixaylovun BUTA.TV-a müsahibəsi:
- Niyə belə bir müharibə dövründə partlayıcı qurğu tapmaq, generalı izləmək, cihazı skuterə yerləşdirmək və generalın qaldığı mənzilin yanına qoymaq bir qatil üçün bu qədər asan olub?
- Terror hücumu hazırlamaq istəyi varsa, o zaman bir partlayıcı qurğu tapıb bu və ya digər şəxsi aradan qaldırmaq üçün bütün lazımi tədbirləri həyata keçirə bilərsiniz. Hamısı ona yatırılan puldan asılıdır. Ən əsası isə odur ki, burada pul əsasən ümumi monitorinq, məlumat toplamaq və s. işlər üçün nəzərdə tutulur. Saxlanılan şəxs bir neçə aydır ki, hazırlıq gördüyünü deyib. Amma düşünürəm ki, o, sadəcə icraçıdır. İndi icraçını tutublar. Hazırlığın özü – bu puldur, vaxtdır, videokameraların yeridir, mərhum generalın qrafikidir və s. Qalan hər şey sadəcə incəliklərdir - bu, hər şeyin aydın olduğu, bütün bunları edənin çox da şübhə doğurmadığı son mərhələdir. Artıq bəlli olanda ki, mərhum generalın olduğu yerdə təhlükəsizlik bu və ya digər dərəcədə zəifdir, istisnasız olaraq istənilən ölkədə bu akt törədilə bilər.
- Bu işdə kim günahkardır və Rusiya Federasiyasının hüquq-mühafizə orqanları nə etməlidir?
- Tutulan qatil artıq Ukrayna xidmətləri tərəfindən əməkdaşlığa cəlb olunduğunu açıqlayıb. İnanıram ki, Ukraynanın arxasında təbii ki, Britaniya dayanır. Rusiyanın hüquq-mühafizə orqanları bütün bu zənciri açmalıdır, çünki xatırlayırıq ki, hətta “Krokus”da terror aktı törədiləndə də onlarla insanı saxlamışdılar. İcraçı yalnız ekstremal mərhələdir. Sonra zəncir açılacaq və bütün məsuliyyət daşıyanlar mütləq cəzalarını alacaq. Buna əminəm - cəza qaçılmaz olacaq.
- Rusiyada 100 min dollara generalı öldürmək üçün asanlıqla miqrant tapılırsa, onda Ukrayna xüsusi xidmət orqanları milyonlar vəd etsə, nə baş verə bilər?
- Rusiyada bu və ya digər adamı öldürmək üçün istənilən miqrantı min dollara da cəlb edə bilərsiniz. Hətta Ukrayna xüsusi xidmət orqanları kiməsə milyonlar vəd edə bilər, biz helikopteri qaçırıb yoldaşlarını öldürənə 500 min dollar vəd etdiklərini də xatırlayırıq. Daha sonra o, İspaniyada məhv edildi. Bütün satqınlar cəzalandırılacaq. Burada miqrantı işə cəlb etməyin asan olduğunu söyləmək mümkün deyil. Bəli, çoxlu miqrantımız var. Bəli, miqrant siyasətində problemimiz var. Belə faktlar miqrantların özlərinin problemlərini daha da ağırlaşdırır. Bu o deməkdir ki, indi keçmiş MDB ölkələrindən, o cümlədən Azərbaycandan vətəndaşların ölkəyə girişi üçün müəyyən şərtlərə yenidən baxılacaq. Qətllər daha az pulla törədilir. Burada 100 min danışılması lazım olan pul deyil. Burada məsələ faktın özüdür. Adam tutdular, işlədi, etdi. Mən ümumiyyətlə şübhə edirəm ki, o, bu hərəkətdə ən vacib şəxsdir.
- Ərdoğanın Suriya səfərinin hədəfi – Nələr gözlənilir?
- 4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
- “Bank işçiləri heç vaxt PİN kod tələb etmir” - DİN-dən çağırış
- Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır
- Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”
- Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb
- İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi
- Bu subyektlərin maliyyə hesabatlarının forması təsdiqləndi