Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır. Baş nazir Nikol Paşinyan Azərbaycanla münasibətlərin yaxşılaşdırılması kursunu davam etdirmək istəyini ifadə edir, lakin o, ölkə daxilində güclü müxalifətlə, eləcə də bir sıra Qərb ölkələrindəki erməni diasporunun ayrı-ayrı nümayəndələrinin tənqidi ilə üzləşir.
BUTA.TV xəbər verir ki, bu barədə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun tədqiqatçısı, politoloq Anastasiya Lavrinanın İtaliyanın “Eurasiaticanews” nəşrində dərc olunan məqaləsində bildirilib.
"Avropa Birliyi Avropa Komissiyası və digər Avropa agentlikləri tərəfindən maliyyələşdirilən və əlaqələndirilən müxtəlif humanitar proqramlar vasitəsilə Ermənistana fəal şəkildə cəlb olunub. AB-nin uzunmüddətli missiyası 2023-cü il fevralın 20-dən 2 il müddətinə Ermənistanda yerləşdirilib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında AB missiyanın 209 nəfərə (əvvəlki 138 əvəzinə) çatdırılacağını elan edib. Bu missiyanın vəzifəsinin heç də sülhü təşviq etmək deyil, Rusiya, İran və Türkiyənin maraqlarına zidd olaraq bölgədə mövqe qazanmağın zəruriliyi olduğunu hesab edənlər var", - o qeyd edib.
- Rusiya hökuməti Azərbaycanla razılaşmanı təsdiqlədi
- Əli Əsədov Misirə getdi - Foto
- İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
- Əliyevin sözləri erməniləri həyəcanlandırdı: “Qardaş Afina”…
- Paşinyan Azərbaycanla bağlı deyir ki... - Lavrina
- Yerdən daş götürərək Elnarənin başına vurub... - FOTO
- “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resurslarla xalqımıza qara yaxırlar”
- “Atam da, mən də ilk rəsmi səfərimizi Fransaya etmişik”