Rusiya Cənubi Qafqazda konstruktiv xarakterli tədbirlər həyata keçirir və bu səylər sayəsində Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşdırılması yolunda uğurla irəliləyir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici dövlətlərin hərbi attaşeləri üçün keçirilən brifinqdə bildirib.
"Qərbin dağıdıcı hərəkətlərindən fərqli olaraq, Rusiya bu bölgədə konstruktiv tədbirlər həyata keçirir. Ölkəmizin səyləri sayəsində Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşdırılması yolunda açıq-aşkar müsbət irəliləyiş əldə etməsi göz önündədir", - deyə Gerasimov bildirib.
Onun sözlərinə görə, hazırda dövlətlərarası sərhədin ən çətin sahələrindən birinin – Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş vilayəti arasındakı xəttin demarkasiyası başa çatıb.
- Xarici İşlər Nazirliyi iftar tədbiri təşkil etdi
- Bu məhsullar kəskin bahalaşdı - Siyahı
- Ağdamda ilk bayram tonqalı qalandı - Foto
- Xalq artistində ağır xəstəlik tapıldı: Üç gündür...
- AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
- Bu ərazilərdə qaz olmayacaq
- Axşam saatlarında Xankəndidə həyat - Video
- Pensiya alanlara şad xəbər: Mart ayında...