2020-ci ilin fevralında Suriya parlamenti qondarma “erməni genosidi”ni tanıdı. O vaxt Türkiyə ilə Suriya arasında münasibətlər son dərəcə gərgin idi.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı Avropada yaşayan jurnalist Elbəyi Həsənli xatırladıb.
“2000-ci ilin mayında isə Livan qondarma “erməni soyqırımı”nı tanıyan ilk müsəlman-ərəb dövləti kimi tarixə keçmişdi. Xatırladım ki, 1982-ci ildə yaranmış Hizbullah şiə hərəkatı bu məsələdə ermənilərə dəstək vermişdi.
Beləliklə, qondarma “erməni soyqırımı”nı iki müsəlman ölkəsi tanıyıb. Onların hər ikisi İran molla rejiminin xeyir-duası ilə bu addımı atıb. Yəni İran özü bunu birbaşa edə bilməsə də, Livan və Suriya kimi vassal ölkələrin əli ilə Türkiyəyə və Azərbaycana belə bir pislik edib və islam dünyasında antitürk cəbhəsi yaratmağa çalışıb”, - o qeyd edib.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı