Suriya ilə bağlı “Astana formatı”nın tarixə qovuşması Rusiya və İranı oyundankənar vəziyyətə salıb. Moskva və Tehranın Suriyadakı rolu sadəcə Əsəd rejiminə dəstək üzərində qurulmuşdu.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O qeyd edib ki, Əsəd rejimi yıxıldıqdan sonra Moskva və Tehranın Suriyadakı mövqeləri ciddi zərər görüb:
“Bu gün İordaniyada Suriya ilə bağlı beynəlxalq tədbir işə başlayıb. Türkiyə, ABŞ, İordaniya, Səudiyyə Ərəbistanı, İraq, Livan, Misirin xarici işlər nazirləri, o cümlədən Avropa Birliyi və BMT təmsilçiləri Suriyanın gələcəyini müzakirə edirlər. Suriya faktiki yenidən qurulmalıdır, ilk növbədə bu ölkənin ərazi bütövlüyü təmin edilməli, yeni konstitusiya qəbul edilməli, seçkilər keçirilməli, dövlət institutları formalaşmalıdır. Bunların həyata keçirilməsində əsas yük Türkiyənin üzərində olacaq. Digər dövlətlər donor rolunda çıxış etməlidirlər.
ABŞ II Dünya müharibəsindən sonra dağılan Avropa ölkələrinin iqtisadi və sosial problemlərinin həlli məqsədilə “Marşal planı”nı həyata keçirdi. Avropa ölkələrinin bir çoxu məhz bu planın hesabına dağılmış infrastrukturlarını bərpa etdilər və çiçəklənmə dövrünə qədəm qoydular. Suriya üçün də oxşar plana ehtiyac var. Bu dəfəki planın əsas müəllifi isə Türkiyə və müttəfiqlər olacaq”.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı