Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin işdən çıxarılan rəisi, general-mayor Aqşin Kazımova yeni vəzifə verilib.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, general-mayor A.Kazımov Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin edilib.
Qeyd edək ki, 59 yaşlı A.Kazımov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsinə ötən ilin yayında təyin edilmişdi. Keçən ilin dekabrında isə ona general-mayor rütbəsi verilmişdi.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı