Çağırış yaşının 30-a endirilməsi təklifi yaxşı xəbərdir. Bunun bir neçə səbəbi var. Bu o deməkdir ki, Azərbaycan yarı-peşəkar, Türki ordu modelinə keçir, proses bitmək üzrədir, ərazi bütövlüyümüz də tam bərpa edilib, daha çoxsaylı orduya ehtiyac yoxdur.
BUTA.TV xəbər verir ki, bu fikirləri REAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, bu, əsgər sayının azaldılması məqsədi ilə atılan addımdır:
“Dron və yeni silahlar çağırışçı əsgər sayının azaldılmasına xidmət edir. Sülh müqaviləsi də qapıdadır. Çox güman ki, ödənişli əsgərlik məsələsi də gündəmə gələcək. Qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi NATO-nun 5-ci maddəsi kimidir, hətta, ondan da güclüdür, çünki, NATO-nun 5-ci maddəsi deyir ki, üzv ölkələrə hücum olsa, birgə qorunmaq və cavab üçün müzakirələr başlayır (qərar dərhal verilmir). Şuşa sənədinə görə isə Türkiyəyə hücum olsa, Azərbaycan, Azərbaycana təhlükə olsa, Türkiyə dərhal müdafiə üçün hərəkətə keçir. Bu sənəd də əsgər sayının azaldılmasına xidmət edir”.
- Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək - Melkonyan
- Bakı separatçılarla bağlı İrəvanı əməkdaşlığa dəvət etdi
- Separatçıların cinayət işi məhkəməyə göndərildi
- Arvadını və qızını öldürən şəxslə bağlı qərar verildi
- İşdən çıxarılan səfir həbs edilə bilər - Şok mənimsəmə
- Niderland səfiri sərhədimizə gəldi
- Türkiyə regionu tam dəyişdi: Qafqaza qayıdır - Xaçatryan
- Emin Ağalarov bu ölkədə də “Sea Breeze” turizm mərkəzi tikir