Son 22 ildə müxalifətin dəqiq mövqe sərgilədiyi demək olar ki, heç bir beynəlxalq hadisə yaşanmadı. Rusiya-Ukrayna müharibəsində onlar sözün əsl mənasında səfərbər oldular ki, ölkəmizi bu münaqişənin tərəfi etsinlər.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Azərbaycan 30 illik işğaldan sonra Qarabağı xilas etmək üçün hərəkətə keçəndə ən böyük reaksiya Türkiyəni Azərbaycana silah verməkdə günahlandıran müxalifətdən gəldi. Liviya böhranında CHP və müttəfiqlərindən eyni reaksiyanı aldıq: "Bizim Liviyada nə işimiz var?" deyənlər "Ərəb çölü" deyərək insanları alçaltdılar. Bütün cahilliklərini ortaya qoydular. Bölgəmizdə imperiyalistlərin dəyirmanına su daşıyırcasına Türkiyəni könül və mədəniyyət coğrafıyasındakı qardaşlarından ayırmağa çalışdılar", - Ərdoğan qeyd edib.
- Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək - Melkonyan
- Bakı separatçılarla bağlı İrəvanı əməkdaşlığa dəvət etdi
- Separatçıların cinayət işi məhkəməyə göndərildi
- Arvadını və qızını öldürən şəxslə bağlı qərar verildi
- İşdən çıxarılan səfir həbs edilə bilər - Şok mənimsəmə
- Niderland səfiri sərhədimizə gəldi
- Türkiyə regionu tam dəyişdi: Qafqaza qayıdır - Xaçatryan
- Emin Ağalarov bu ölkədə də “Sea Breeze” turizm mərkəzi tikir