Qarabağ müharibəsi zamanı dezinformasiya var idi. Xüsusilə, erməni mənbələri tərəfindən süni şəkildə yaradılmış təsvirlər istifadə edildi.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Forumu (Stratcom Summit 24) çərçivəsində Azərbaycana həsr olunmuş paneldə çıxışı zamanı deyib.
"İnformasiya müharibəsi və ciddi dezinformasiya kampaniyaları Ermənistan tərəfindən hələ də davam edir", - Prezidentin köməkçisi qeyd edib.
H.Hacıyev həmçinin söyləyib ki, süni intellekt Azərbaycan hökumətinin prioritetləri sırasındadır:
“Dövlət xidmətləri, yaxşı idarəetmə, təhsil sistemi, media və diplomatiya süni intellektin Azərbaycana fayda verəcəyi ilk sahələrdir”.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı