Gürcüstan vətəndaşı olan azərbaycanlı fəal Samirə Bayramovanın 26 noyabrda İrəvan limanından şəhərə buraxılmaması ilə bağlı iradına yalnız bu gün Ermənistan Milli Təhlükəsizlik Xidmətindən cavab gəlib.
BUTA.TV xəbər verir ki, MTX “Sputnik”in sorğusuna cavab olaraq Samirə Bayramovanın Varşava-Tiflis reysi ilə uçan təyyarənin Zvartnots hava limanına məcburi enişindən sonra Ermənistan sərhədçiləri ilə hər hansı əlaqə saxlamadığını bildirib.
“Samirə Bayramova Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına heç bir sualla müraciət etməyib və sərhəd nəzarəti məntəqələrinə yaxınlaşmayıb”, - deyə Ermənistan MTX vurğulayb.
Qeyd edək ki, 26 noyabrda Varşava-Tiflis reysi ilə uçan təyyarə əlverişsiz hava şəraitinə görə İrəvana enməyə məcbur olub. Bütün sərnişinlər İrəvana buraxılsa da, S.Bayramovanın şəhərə getməsinə imkan verməyiblər.
“Məni Gürcüstan vətəndaşı kimi ölkəyə buraxmadılar. “Milli kimliyiniz problemdir” dedilər. Niyə bu münaqişənin bir parçası olmalıyıq? Bu, demokratikliyə yaraşmaz, Nikol Paşinyan”, - Samirə Bayramova sosial şəbəkə hesabında yazmışdı.
O, təyyarədə tənha oturmağa məcbur olduğunu əks etdirən görüntü də paylaşmışdı.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı