Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyada yalnız iki liderin qaldığını bildirib.
“BUTA.TV” Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan bu barədə Qaziantepdə gənclərlə görüşündə danışıb.
O, sözügedən liderlərdən birinin özünün, digərinin isə Rusiya Prezidenti Vladimir Putin olduğunu deyib. Ərdoğan fikrini uzun müddət hakimiyyətdə olmaqları ilə əsaslandırıb:
“Hazırda dünyada iki lider qalıb, mən və Putin. Bunu mən olduğum üçün demirəm, faktlara əsaslanaraq bildirirəm. 22 ildir hakimiyyətdəyəm. Putində də təqribən o qədərdir. Hazırda əlbəttə diplomatik proses davam edir. Ümid edirəm ki, bu dialoqları davam etdirə biləcəyik”.
Ərdoğan, həmçinin qeyd edib ki, Almaniya Kansleri Angela Merkel 2021-ci ildə postunu tərk etdikdə həmin ölkədə siyasət başa çatıb.
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
- Sabahın hava proqnozu açıqlandı