Azərbaycan Prezidenti İlham Əliyev Avropa Birliyi ilə konstruktiv tərəfdaşlığın möhkəmlənməsi üçün birgə səylər göstərəcəklərinə inandığını bəyan edib.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Avropa Birliyi Şurasının Prezidenti Antonio Koştaya ünvanladığı təbrik məktubunda əksini tapıb.
Dövlət başçısı məktubunda qeyd edib ki, Azərbaycan ilə Avropa Birliyi arasında əməkdaşlıq əlaqələri geniş gündəliyə malikdir və enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, ticarət və digər sahələri əhatə edir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolu danılmazdır.
"İnanıram ki, Azərbaycan ilə Avropa Birliyi arasında siyasi dialoqun, iqtisadi-ticari əməkdaşlığın və mədəni mübadilələrin qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da inkişaf etməsi, konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər göstərəcəyik", - İlham Əliyev məktubunda yazıb.
- Azərbaycanlı qardaş və bacılarımıza başsağlığı verirəm
- Pezeşkian İlham Əliyevə zəng etdi
- Mirziyayev İlham Əliyevə zəng etdi
- Ərşad Salehi Bağdaddakı səfirliyimizi ziyarət etdi
- Təyyarəni ruslar vurub, sonra Xəzərdə batmağa “göndərib”?
- Pilotun bunu etməsi möcüzədir! – Şepard
- Təyyarə qəzasında həlak olan Ramin də stüard işləyirmiş - Foto
- ABŞ Dövlət Departamenti Azərbaycana başsağlığı verdi