Səfərovun gah nala, gah da mıxa vuran 3 vəkili...

13:14 - 4 Dekabr 2024 - GÜNDƏM

 Səfərovun gah nala, gah da mıxa vuran 3 vəkili...

Xəbər verdiyimiz kimi, dünən hüquq müdafiəçisi Rüfət Səfərov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

BUTA.TV xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Elə dünən Səfərovun üç vəkili mediaya açıqlama verib. Amma vəkillərin hadisə ilə bağlı verdikləri açıqlamalar bir-birindən fərqləndiyi üçün diqqət cəlb edib. Rüfət Səfərovun qondarma ittihamla saxlanıldığını deyən vəkillərin heç biri hadisənin təfərrüatını tam şəkildə bəyan etməyib.

Vəkil Bəhruz Bayramov bildirib ki, Rüfət Səfərovdan şikayətçi olan şəxs bir il öncə Eldar Sabiroğludan 6 sot torpaq alıb. Lakin bir müddət sonra həmin şəxs torpağın qalan hissəsini almaq istəsə də, mülkiyyətçi E.Sabiroğlu satmaqdan imtina edib:

“Rüfət onu görməsə də, bir neçə dəfə telefonla danışıb və həmin şəxsə deyib ki, mülkiyyətçi atasıdır və yalnız onunla danışa bilər”.

Vəkil çıxışında hadisənin necə baş verdiyini izah etməyib. Həmçinin R.Səfərovun “mülkiyyətçi atamdır, onunla danışın” deməsindən sonra qarşı tərəfin niyə onunla “bir neçə dəfə” danışdığı da aydın deyil.

Ardınca digər vəkil Cavad Cavadov jurnalistlərə açıqlamasında həmin şəxsin Rüfət Səfərova hücum etdiyini, ona qarşı təhqiramiz ifadələr işlətdiyini deyib. Vəkil hətta sual verir ki, əgər iki nəfər dalaşıbsa, o zaman niyə məhz Rüfət Səfərov saxlanılır? Cavad Cavadov bununla R.Səfərovun küçədə dava etdiyini təsdiqləyir. Həmçinin R.Səfərovun “mülkiyyətçi atamdır, onunla danışın” sözlərindən sonra qarşı tərəfin niyə ona küçədə hücum etməsinin motivi də bəlli deyil.

Vəkil Elçin Sadıqov isə açıqlamasında bildirib ki, Rüfət Səfərov maşını qarajda saxlayan zaman həmin şəxsin ona hücum etdiyini deyib.

Maraqlıdır, hadisəni siyasiləşdirməyə cəhd edən vəkillər nəyi və niyə gizlədir və niyə bir-birini təkzib edən açıqlamalar verir?

Qeyd edək ki, R.Səfərov ötən gün saxlanılıb, ona qarşı CM-in 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. İddiaya görə, atasına məxsus torpaq sahəsinin digər hissəsini almaq istəyən şəxsdən 58 min manat pul alıb, ancaq nə torpağı satıb, nə də pulu qaytarıb. Buna görə də tərəflər arasında münaqişə yaranıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol