Cənubi Karolinanın senatoru Lindsi Qrehem “Foks Nyus”a müsahibəsində Ukraynadakı müharibənin pulla bağlı olduğunu açıq şəkildə bəyan edib.
BUTA.TV xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.
“Bu müharibə pulla bağlıdır. İnsanlar bu barədə çox danışmırlar. Amma bilirsiniz ki, bütün Avropada nadir minerallarına görə ən zəngin ölkə Ukraynadır. 2-7 trilyon dollar dəyərində olan minerallar 21-ci əsr üçün çox aktualdır. Ukrayna ruslarla deyil, bizimlə sövdələşməyə hazırdır. Ona görə də Rusiyanın bu yeri ələ keçirə bilməməsi bizim marağımızdadır.
Ukrayna inkişaf etməkdə olan dünyanın çörək səbətidir. Afrikaya gedən bütün ərzağın 50 faizi Ukraynadan göndərilir”, - Qrehem bildirib.
Senator vurğulayıb ki, iqtidara gələn Tramp administrasiyası bu cür resursları nağdlaşdırmaq üçün unikal mövqedən çıxış edir:
“Donald Tramp pulumuzu geri almaq, nadir minerallara əl qoymaq üçün sövdələşməyə hazırlaşır. Bu anlaşma Ukrayna və ABŞ üçün yaxşı olacaq və Donald Tramp oraya sülh gətirəcək".
- Nikol bu əraziləri Azərbaycana veriləcəyini elan etdi - Qazaryan
- İrəvanın buna icazə verməməsi... - Çavuşoğlu
- Bakıda mühüm tədbir: 51 ölkənin nümayəndəsi iştirak edir
- Bakı bu əsas kartından mükəmməl istifadə edir - Belyayev
- Türkiyə meydanı ələ aldı: İran “od püskürür”…
- Qərb ölkələri səfirlərinin bəyanatını rədd edirik - Bakı
- Bakının təkliflərinə İrəvanın cavabı... - Çavuşoğlu
- Türkiyə hərəkətə keçdi: Azərbaycanlıların yeni dövləti yarana bilər? – Xəritə