Son günlər Bakıda taksi xidmətində qiymətlər enib.
“BUTA TV” Xəzər TV-yə istinadən bildirir ki, səbəb kimi bayram günləri ilə əlaqədar Bakıdan bölgələrə axın, həmçinin yollarda tıxacın azalması göstərilir. Sərnişinlər bildirirlər ki, taksilərlə bağlı dəyişiklikdən sonra ilk dəfədir ki, qiymətlərdə bu qədər enmə müşahidə edilir.
Sürücülər qiymətin enməsini müştəri azlığı ilə əlaqələndirirlər.
Məsələ ilə bağlı taksi şirkətlərindən bildirildi ki, son günlər COP29 tədbirinin keçirilməsi ilə əlaqədar Bakıdan bölgələrə axın olub. Bu, yollarda tıxacların azalma səbəblərindən biridir. Nəticə olaraq, taksi xidmətlərinin qiymətləri də müəyyən dərəcədə azalıb.
Qeyd edək ki, tıxacların azalması daha sürətli xidmətin göstərilməsinə də imkan yaradır. Tədbir bitəndən sonra qiymətlərin əvvəlki dinamikasına qayıdacağı proqnozlaşdırılır.
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanlı tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşdü
- Bakıda bu yol bağlanır
- Tovuzda ev yandı
- Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verdi
- Bakıda marketlərdən oğurluq edənlər ələ keçdi
- Yol polisi sürücülərə xəbərdarlıq etdi