2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibi kimi Azərbaycanın seçilməsi tamamilə əsaslıdır, çünki iqlim məsələləri məhz neft hasil edən ölkələrdə müzakirə olunmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov COP29 çərçivəsində çıxışı zamanı deyib.
“Qreta Tunberq iqlim məsələlərini müzakirə etmək üçün yer seçimi ilə bağlı heç nə anlamır. Qreta iqtisadiyyatdan uzaqdır, ona görə də o, ehtiyaclar və imkanların real tarazlığını lazımi səviyyədə qiymətləndirmir. Fosil ehtiyatları uzun müddət öz qlobal rolunu oynayacaq və elə indi nəyin bahasına olursa olsun, onlardan imtina etmək, yumşaq desək, effektiv deyil. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin neftlə bağlı ölkəyə ünvanlanan tənqidlərdən təəccüblənməsi ilə tam razıyam. Bu, həqiqətən təbiətin hədiyyəsidir”, - Titov bildirib.
Qeyd edək ki, isveçli ekofəal Qreta Tunberq və Qafqaz Feminist Antimüharibə Hərəkatı Tiflisin mərkəzində COP29-a qarşı etiraz aksiyası keçirmişdi.
Kommunal xidmətlər bahalaşır? - Tezliklə istilik sistemi “əl yandıracaq”
- Boşananlara bəd xəbər: aliment artırılır
- Quterreş Bakıdan səsləndi: Razılaşma əldə etməliyik!
- Libbi Bakıdan mesaj verdi, İrəvan təkzib etdi. Niyə?
- Zaxarovadan COP29-la bağlı açıqlama
- COP29-a qarşı çıxdıq: Bakıya kim gəldi, biz nə qazandıq? - İrəvandan baxış
- Bakı və İrəvan sülh sazişində razılaşdırılmayan “iki bənd” nədir?
- İrəvan təkzib etdi: Azərbaycanla əməkdaşlıq…
- Müəllimlərin maaşı artdı