Ermənistan nümayəndə heyətinin COP29-a qatılacağını istisna etmirəm. Tədbir hələ 8 gün davam edəcək. aBakıdakı tədbirə açılışdan sonra qatılan rəsmilər də var.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Ermənistanı təmsil edə biləcək rəsmi ona görə ilk gündən COP29-a qatılmayıb ki, açılışda Qarabağın işğaldan azad edilməsinə dair Prezident İlham Əliyevin çıxışındakı fikirləri dinləməli və toplantıda azad olunan şəhərləri göstərən filmi izləməliydi:
“Yəqin Baş nazir Nikol Paşinyan düşünüb ki, bu halda başçılıq etdiyi hökumətə qarşı radikal müxalifət fəallaşacaq. Ona görə də tədbirin açılışında iştirak etməməyə qərar veriblər. Bütün hallarda Ermənistanın COP29-da iştirak etməməsi Bakı ilə danışıqlara təsir etməyəcək. Rəsmi Bakının mövqeyi belədir ki, COP29 tədbirinin Azərbaycan-Ermənistan danışıqlarına aidiyyəti yoxdur. Nikol Paşinyan çox çalışırdı ki, Bakı İrəvanla yarımçıq sənədi imzalasın və o, COP29-da iştirak etsin. Bu baş vermədi. Danışıqlar isə COP29-dan sonra dayandığı yerdən davam edəcək”.
- 6 il əvvəl meyiti tapılmışdı: qətlə yetirildiyi məlum oldu
- Qayınana kürəkəninin yas mərasimində öldü - Foto
- “Azərlotereya” vergi ödəyiciləri siyahısında ilk sıralarda
- İrana hücumlar nəticəsində 278 uşaq həlak olub
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdirildi
- Polkovnik-leytenant 42 yaşında vəfat etdi - Foto
- Xəzərdə yenə zəlzələ oldu
- Bakının bu rayonunda qaz olmayacaq