Sülh sazişi çərçivəsində işlər çox irəliləyib. Demək olar ki, bir çox müddəalar razılaşdırılıb.
Axar. az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə APA-ya müsahibəsində deyib.
O xatırladıb ki, 2022-ci ilin oktyabr ayından Azərbaycan tərəfindən irəli sürülmüş layihə çərçivəsində xarici işlər nazirləri səviyyəsində danışıqlar prosesi həyata keçirilir:
“Bu bir prosesdir və müvafiq görüşlər keçirilib. Bildiyiniz kimi, həm xarici işlər nazirləri səviyyəsində, həm liderlər səviyyəsində proses davam etdirilib. Xarici işlər nazirləri səviyyəsində mətn üzrə mübadilələr həyata keçirilir. Sülh sazişi çərçivəsində işlər çox irəliləyib. Demək olar ki, bir çox müddəalar razılaşdırılıb. Bəzi müddəaların razılaşdırılması istiqamətində hazırda iş aparılır. Ancaq sazişin nə zaman imzalanacağı barədə indidən hər hansı bir qiymətləndirmə vermək, şərh vermək düzgün olmazdı. Bu, bir prosesdir. Eyni zamanda vurğulamaq istərdik ki, Azərbaycanla Ermənistan arasında həqiqi sülhün təmin edilməsi üçün, formalaşması üçün müvafiq olaraq Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların aradan qaldırılması əhəmiyyət kəsb edir”.
Kommunal xidmətlər bahalaşır? - Tezliklə istilik sistemi “əl yandıracaq”
- Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
- Boşananlara bəd xəbər: aliment artırılır
- Quterreş Bakıdan səsləndi: Razılaşma əldə etməliyik!
- Libbi Bakıdan mesaj verdi, İrəvan təkzib etdi. Niyə?
- Zaxarovadan COP29-la bağlı açıqlama
- COP29-a qarşı çıxdıq: Bakıya kim gəldi, biz nə qazandıq? - İrəvandan baxış
- Bakı və İrəvan sülh sazişində razılaşdırılmayan “iki bənd” nədir?
- İrəvan təkzib etdi: Azərbaycanla əməkdaşlıq…