COP29-da qalıq yanacaqdan uzaqlaşmaq, meşələrin qırılmasının dayandırılması, bərpaolunan enerjidən istifadənin genişləndirilməsi, iqlim maliyyələşdirilməsi kimi məsələlərdə daha çox irəliləyiş əldə etmək istəyirik.
BUTA.TV xəbər verir ki, bu sözlər Almaniyanın COP29 ilə bağlı hədəflərinə dair bu ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb.
“Yaşanılası dünyanı qorumaq üçün birlikdə çalışaq - Bakıda 29-cu Dünya İqlim Konfransının (COP29) başlaması” adlı açıqlamada COP29-un əsas müzakirə mövzusunun iqlim maliyyələşməsi olduğu vurğulanıb. İllik 100 milyard dollarlıq əvvəlki maliyyələşmə hədəfinin 2025-ci ildə başa çatacağı qeyd edilərək, sənayeləşmiş ölkələrin bu məbləği hər il inkişaf etməkdə olan ölkələrdə ətraf mühitin qorunması tədbirləri üçün səfərbər etməyi öhdələrinə götürdükləri diqqətə çatdırılıb. Bu mübarizədə dövlət vəsaitlərinin kifayət etmədiyi bildirilərək, federal hökumətin COP29-da iqlim maliyyələşməsi ilə bağlı yeni yanaşmanın formalaşdırılması üçün çalışacağı vurğulanıb.
“Biz qlobal iqlim maliyyələşməsini başdan-ayağa dəyişmək istəyirik. Bunun üçün onu ödəyə bilən və bu işə töhfə verə bilən hər kəs - ənənəvi sənayeləşmiş, eləcə də iqtisadi cəhətdən bunu etməyə qadir olan bütün ölkələr tələb olunur”, - deyə Almaniyanın xarici işlər naziri bildirib.
Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
Qeyd olunub ki, Almaniyada və beynəlxalq miqyasda yaşıl transformasiyaya qoyulan sərmayələr həm də qlobal sabitliyə, bununla da Almaniyanın və Avropanın təhlükəsizliyinə yatırılır. Təkcə Avropada iqlim böhranı 2023-cü ildə təqribən 13,4 milyard avro dəyərində ziyan vurub. Hərəkətə keçməmək daha böyük əlavə xərclər deməkdir.
- 70 kq qızılla saxlanılan azərbaycanlı diplomatdır?
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi