Mədəniyyət sahəsində çalışan işçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində bir çox tədbirlər görülüb, onların mənzil şəraitinin yaxşılaşdırılması və mənzillə təmin edilməsi üçün fərqli mexanizmlər var.
BUTA.TV xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, güzəştli şərtlərlə mənzillərin əldə edilməsində mövcud mexanizmlərdən istifadə edilməsi üçün müvafiq qurumlarla danışıqlar aparılır:
"Çalışacağıq ki, mədəniyyət işçiləri bu şəraitdən yararlana bilsinlər. Bunun üçün xüsusi şərtlərin mövcud olması müzakirə mövzusudur, müəyyən şərtlər var, növbəlilik prinsipi var. Mədəniyyət sahəsində çalışan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bu mexanizmlər istifadə edilməlidir. Gələcəkdə, təbii ki, əlavə olaraq xüsusi mənzillərin təqdim edilməsi baxımından yeni mexanizmlər mövcud olarsa, onlardan da istifadə etməyi düşünürük".
Kommunal xidmətlər bahalaşır? - Tezliklə istilik sistemi “əl yandıracaq”
- Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
- Boşananlara bəd xəbər: aliment artırılır
- Quterreş Bakıdan səsləndi: Razılaşma əldə etməliyik!
- Libbi Bakıdan mesaj verdi, İrəvan təkzib etdi. Niyə?
- Zaxarovadan COP29-la bağlı açıqlama
- COP29-a qarşı çıxdıq: Bakıya kim gəldi, biz nə qazandıq? - İrəvandan baxış
- Bakı və İrəvan sülh sazişində razılaşdırılmayan “iki bənd” nədir?
- İrəvan təkzib etdi: Azərbaycanla əməkdaşlıq…