Mingəçevir şəhərinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkəsinin yenidən qurulması çərçivəsində kanalizasiya xətləri layihəsinin 84%-i tamamlanıb.
BUTA.TV Azərbaycan Su Ehtiyatları Agentliyinin (ADSEA) nəzdindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir ki, bu barədə Mingəçevir şəhər Sukanal İdarəsinin rəisi Samir Əliyev deyib.
Onun sözlərinə görə, hazırda şəhərin 5 nöqtəsində - tərəvəzçilik sovxozunda, AzQres qəsəbəsində, Nərimanov prospektində, Mehman Bəşirov küçəsində işlər davam etdirilir:
"Yenidən qurulan şəbəkənin yekunlaşan hissəsinə içməli suyun verilməsinə başlanıb və sayğaclaşma işləri sürətlə aparılır. Şəbəkəyə qoşulan yeni abonentlərin su sayğacları Nəzarət Ölçü Cihazları İdarəsi tərəfindən təmin olunur. Uzun müddət su problemi yaşayan əhali, hazırda fasiləsiz ekoloji təmiz sudan istifadə edir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Mingəçevir şəhərində məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir sutəmizləyici qurğu və tutumu 10 min kubmetr olan mərkəzi su anbarı tikilərək istismara verilib. Su anbarından ayrılan su bir neçə mərhələdən keçdikdən sonra şəhərin su təchizatı şəbəkəsinə verilir".
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
S.Əliyevin sözlərinə görə, Mingəçevir şəhər Sukanal İdarəsi 33 min abonentə xidmət edir:
“Şəhərin su təchizatını təmin etmək üçün xam su Mingəçevir su anbarından təmizləyici qurğulara ötürülür. Filterlərdə sutkalıq 55 min kubmetr suyun xlorlanma işləri aparılıb təmizləndikdən sonra 10 min kubmetrlik Mingəçevir mərkəzi su anbarına ötürülür. Oradan özaxımı ilə əhalinin istifadəsinə verilir, İdarənin rəisi bildirib.
Qeyd olunub ki, Sukanal İdarəsi Mingəçevir şəhəri ilə bərabər Yevlax rayonunun Havarlı, Hacıselli və Marzılı kəndlərinə də xidmət edir.
İdarənin istismarında 3 su nasos stansiyası fəaliyyət göstərir ki, həmin nasos stansiyaların da sazlığı daim nəzarətdə saxlanılır”.
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...
- Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar