Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı körpü" gömrük postunda 300 avtomobil gözləyir.
BUTA.TV bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, "Mazımqara" gömrük postunda 7, “Samur” gömrük postunda 65, "Biləsuvar" gömrük postunda 37, "Astara" gömrük postunda isə 21 yük maşını var.
“Xanoba” gömrük postunda gözləmədə olan yük avtomobili yoxdur.
- AAYDA-ya məxsus bu qurum ləğv olundu
- Dəmir yollar Kürdəmirə aparır!
- MAXE olmaq istəyənlərin nəzərinə!
- Mühüm yenilik: Almaniya ilə Azərbaycan arasında sənədlər...
- Ali Məhkəmədən alqı-satqı müqaviləsi ilə bağlı – Xəbərdarlıq
- Polis bu qadını axtarır - Foto
- Sabah hava necə olacaq?
- İlk rübdə 30 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib