Ermənistan Azərbaycanla sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağa hazırdır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Simonyanın sözlərinə görə, Azərbaycanla danışıqlar prosesi hazırda dalana dirənib, lakin Ermənistanın bu məsələdə irəliləmək üçün “siyasi iradəsi var”:
“Bu gün də biz razılaşdırılmış məqamları imzalamağa hazırıq”.
Qeyd edək ki, Ermənistan artıq bir neçə aydır “yarımçıq sülh” imzalamağa çalışır.
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi
- Bakıda üç yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq öldü
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi
- Banka borcunu ödəməyənlər üçün yeni qayda
- Hava kəskin əyişir: FHN xəbərdarlıq etdi
- Yaz-yay fəsillərində sel təhlükəsi: FHN tədbirlər keçirdi - Foto
- Şəmkirdə məktəbdə yanğın: şagirdlər təxliyə edildi