"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda İsveçin “Malmö” klubuna qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.
BUTA.TV xəbər verir ki, oktyabrın 3-də Bakıda baş tutacaq görüşə Yunanıstandan olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı Anastasios Papapetru idarə edəcək. Trifon Petropulos və Yordanis Aptosoqlu baş hakiminin köməkçiləri olacaqlar. Alexandros Tsakalidis dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimi Angelos Evangelu, onun köməkçisi isə Athanasios Tzilos olacaq. Loran Duhamel (Fransa) hakim-inspektor, Aleksandr Keplin (Qazaxıstan) UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.
- Bakıda bu hospitalda ölüm baş verdi
- General-mayor vəzifəsindən azad edildi
- Banka borcunu ödəməyənlər üçün yeni qayda
- Hava kəskin əyişir: FHN xəbərdarlıq etdi
- Yaz-yay fəsillərində sel təhlükəsi: FHN tədbirlər keçirdi - Foto
- Şəmkirdə məktəbdə yanğın: şagirdlər təxliyə edildi
- DYP-dən yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
- Maşında sıxılı qalmış sürücü xilas edildi - Video