Kürdəmir rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində altı nəfər yaralanıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Bakı – Qazax yolunun rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mersedes" markalı minik avtomobili yolundan çıxaraq Gəncə istiqamətində hərəkət edən "KamAZ" markalı yük maşını ilə toqquşub.
Nəticədə "Mercedes"in ağır xəsarət alan sürücü və sərnişinləri Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
- Mehriban Əliyeva Antalyada panel iclasında iştirak etdi - Foto
- Kürdə suyun səviyyəsi artdı: nasos stansiyalarına fasilə...
- Səfərbərlik Xidməti onlara xəbərdarlıq etdi
- Yer kürəsində maqnit fırtınası başladı
- Xətaidə ağacəkmə aksiyası - Foto
- Bu istiqamətdə kilometrlərlə uzanan tıxac yarandı - Video
- Sabah 25 dərəcə isti olacaq
- 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi