Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın paraüzgüçüsü Raman Saleyin “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.
BUTA.TV paylaşımı təqdim edir:
“Raman Saleyin növbəti qələbəsi! Bürünc medal! İdmançımızın əldə etdiyi medallar məharətin, güclü iradənin və qələbə əzminin layiqli mükafatıdır! Paraüzgüçünü səmimi-qəlbdən təbrik edir, ona yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.
Xatırladaq ki, Raman Saley avqustun 31-də S12 kateqoriyasında 100 metr məsafəyə arxası üstə üzmə yarışında qüvvəsini sınayıb. O, finişə 1:00:67 nəticə ilə çataraq ikinci olub və gümüş medal qazanıb.
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik