Bakıda Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçualrının qələbəsi münasibətilə mərasim keçirilib.
BUTA.TV xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə cüdoçularımızın son Olimpiya oyunlarındakı qələbəsinin ən maraqlı məqamlarını göstərən video-çarxlar nümayiş edilib.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin sədr müavini Çingiz Hüseynzadə və gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, cüdoçularımızın qələbəsindən, ölkəmizdə idmana göstərilən qayğıdan danışıblar.
Tədbirdə son Olimpiya oyunlarının qalibləri Hidayət Heydərovla Zelim Kotsoyevə Beynəlxalq Cüdo Federasiyasının Cüdo üzrə Qızıl Nömrələri təqdim olunub.
1992-ci il Yay Olimpiya Oyunlarının qalibi Nazim Hüseynova, 2008-ci il Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədliyə və 2024-cü il Yay Olimpiya Oyunlarının qalibləri Hidayət Heydərovla Zelim Kotsoyevə, həmçinin Azərbaycanın Əməkdar məşqçiləri Tərlan Həsənov və Elxan Məmmədova yeni mənzillər təqdim edilib.
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik