Paris-2024 Yay Olimpiya oyunlarında atıcılıq üzrə gümüş medal qazanan türkiyəli idmançı Yusif Dikeç paralimpiyada qaçış üzrə çempion Lamiyə Vəliyevaya təşəkkür edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı o, video paylaşıb.
İdmançı Lamiyəni çempion olmağı münasibəti ilə təbrik edib.
Qeyd edək ki, Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan paratleti Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışında qızıl medal qazanıb. O rekorda imza ataraq çempion olduqdan sonra Yusif Dikeçin məşhur hərəkətini təkrarlayıb.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı