"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirli qəzaya düşdüyü "Porşe" markalı avtomobilinin nömrəsini satışa çıxarıb.
BUTA.TV İqtisadiyyat.az-a istinadla xəbər verir ki, satışa çıxarılan nömrə 10 GR 005 dövlət qeydiyyat nişanıdır. Təcili satışa çıxarılan nömrə 16 min manata təklif olunur. Qeyd edək ki, bir müddət əvvəl isə avtomobilin ehtiyat hissələri çıxarılaraq ayrı-ayrılıqda satılıb.
Xatırladaq ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi "Porşe" markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub.
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı
- Latviya prezidentinin şərəfinə rəsmi lanç verildi
- Mirələm Cəlalov vəzifəsindən azad edildi
- Metro yenidən bağlanıb? - Rəsmi
- Vüsal Aslanov xəsarət alan sərnişinləri ziyarət etdi
- Xəzər dənizində zəlzələ oldu
- Kürdə suyun səviyyəsi artır: Proses nə vaxta kimi davam edəcək?