Mətbuat prospektində aparılan yeni xətlənmə işləri sürücülərin narazılığına səbəb olub.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkədə müzakirələr aparılıb.
Qeyd olunub ki, Mətbuat prospektində velosiped zolağının qarşısında parklanma üçün əlavə xətlər çəkilir ki, bu da nəqliyyatın hərəkətinə problem yaradacaq.
"Əsas prospektlərdə tıxacdan qurtulmaq adı ilə daha ciddi tıxacların yaranmasına zəmin yaradılır", - deyə şikayətçi bildirib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov xətlənmə faktını təsdiqləyib.
"Mətbuat prospektində mikromobillik vasitələri üçün zolaq və avtomobillər üçün parklanma yerləri təşkil edilib. Bu cür yanaşma mövcud qanunvericiliyə zidd deyil", - deyə T.Orucov qeyd edib.
Fotoları təqdim edirik:
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı
- Latviya prezidentinin şərəfinə rəsmi lanç verildi
- Mirələm Cəlalov vəzifəsindən azad edildi
- Metro yenidən bağlanıb? - Rəsmi
- Vüsal Aslanov xəsarət alan sərnişinləri ziyarət etdi
- Xəzər dənizində zəlzələ oldu
- Kürdə suyun səviyyəsi artır: Proses nə vaxta kimi davam edəcək?