London BRİKS-in genişlənməsindən yox, öz deqradasiyasından qorxmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Teleqram kanalında krallığın keçmiş baş naziri Qordon Braunun BRİKS-lə bağlı bəyanatına münasibət bildirərək yazıb.
Onun sözlərinə görə, BRİKS-ə üzv ölkələrin sayının iki dəfə artırılması dünya birliyinin neokolonial əsarətdən qurturmaq, öz milli maraqlarına uyğun inkişaf etmək, sivilizasiya ənənələrini qorumaq və Qərb liberal diktaturasının dağıdıcı təsirinin qarşısını almaq əzminindən xəbər verir:
“Təhlükəyə gəlincə, ilk növbədə London Britaniyada liberal tənəzzül nəticəsində yaranmış texnoloji deqradasiyadan ehtiyatlanmalıdır”.
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək