Tanınmış rəssam Aydın Rzaquliyev vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəsm Qalereyası məlumat yayıb.
Qeyd edək ki, Aydın Rzaquliyev 7 iyun 1953-cü ildə Rusiyanın Krasnoyarsk vilayətində anadan olub. O, 1973-cü ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1983-cü ildə isə M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunda Şüşə və keramika fakültəsini bitirib. Rəssam 1983-cü ildən mütəmadi olaraq respublika və beynəlxalq sərgilərin fəal iştirakçısı olub. O, “İki nəfər”, “Daşda həkk olunmuş Ay” və Azərbaycan nağıllarının qəhrəmanlarına həsr olunmuş keramik fiqurların müəllifi idi.
Qeyd edək ki, Aydın Rzaquliyev Azərbaycan boyakarı, qrafiki Əməkdar rəssam Ələkbər Quliyevin oğlu idi.
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək